Məktəblər bu tarixdə açılacaq - QƏRAR

Məktəblər bu tarixdə açılacaq - QƏRAR
KNN.AZ Pravda.az-a istinadla xəbər verir ki, Türkiyədə koronavirus epidemiyası səbəbindən martın 16-dan bağlı olan məktəblər iyunun 1-də açılacaq.

Bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuq "CNN Türk"ə açıqlamasında deyib. O bildirib ki, ilk mərhələdə 8-ci və 12-ci sinif şagirdləri dərsə gedəcək. Həmin şagirdlər hər hansı imtahana girməyəcək, davamiyyət məcburiyyəti olmayacaq.

İyulun sonuna planlaşdırılan universitetlərə qəbul imtahanlarının vaxtının dəyişib-dəyişməyəcəyi ilə bağlı qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.Qafqazinfo

Şərhlər (0)

şərh əlavə et