SON DƏQİQƏ: Braziliyalı futbolçu “Qarabağ”da!

SON DƏQİQƏ: “Qarabağ” Avropa klubunun braziliyalı legionerini sıralarına qatdı!
Avropa Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” yeni legionerlə güclənib.

"Köhlən atlar” növbəti dəfə Bolqarıstan bazarına üz tutub.

Qurban Qurbanov uzun çək-çevir etdikdən sonra Matues de Barros da Silvanın keçidinə razılıq verib.

Sağ cinah müdafiəçisi “Qarabağ”la müqavilənin bütün detallarını razılaşdırıb. Ağdam təmsilçisi ən qısa zamanda transfer haqda məlumatı yayacaq.
2017-ci ildə peşəkar futbolda ilk addımlarını atan braziliyalı vətənində “San Fransisko PA”nın şərəfini qoruyub, daha sonra “Paysanda” və “Bahia”nın uğurları üçün tər töküb.

2019-2020 mövsümündə Portuqaliya Sequndasında “Farense”nin, növbəti iki ildə bu ölkənin yüksək dəstəsində “Moreyrense”nin heyətində yer alıb.

25 yaşlı cənubi amerikalı ötən ilin yayında Boqarıstanda “Lokomotiv”i ilə anlaşıb. Plovdiv təmsilçisində meydana çıxdığı 38 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, indiyə qədər şərəfini qoruduğu komandaların heç birində avrokubok həyəcanı yaşamayıb.

Şərhlər (0)

şərh əlavə et