Yeni ili qarşılayanlar və ulduz falına inananlar üçün tövsiyələr...

Yeni ili qarşılayanlar və ulduz falına inananlar üçün tövsiyələr...
"Yaşıl Taxta Əjdaha hakimiyyət və ədalət rəmzidir..."
 
"Çin ulduz falına görə, Yaşıl Taxta Əjdaha uğur və çiçəklənmə ili hesab edilir..."
 
"Qoy Əjdaha sənə qarşı mərhəmətli olsun, qəlbini və ruhunu tükənməz enerji ilə doldursun..."
 
Yeni ilə sayılı günlər qalıb. Çin təqviminə görə, bu ilin rəmzi nədir, ilin uğurlu olması üçün gecəyarısını ən yaxşı necə qarşılamalı?
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
 
Beləliklə, Çin təqviminə görə, 2024-cü il Yaşıl Taxta Əjdaha ilidir. Çin ulduz falına görə, o, uğur və çiçəklənmə ili hesab ilidir.
 
Şərq və Avropa ənənələrindən fərqli olaraq, Əjdaha igidliyi və ınadkarlığı ilə fərqlənən və hörmət edilən müdrik varlıqdır. Əjdaha həmçinin hakimiyyət və ədalət rəmzidir.
 
Əjdaha ili necə olacaq?
 
Əjdahanın Taxta ilə kombinasiyası Çin ənənəsinə görə artıma, tərəqqiyə və bolluğa gətirməlidir. Bu, yeni işlərə başlamaq, layihələr təşkil etmək və uzunmüddətli nailiyyətlər üçün əsaslar yaratmaq üçün ideal ildir.
 
Yeni il rəmzini səciyyələndirən yaşıl rəng həyatın və həyat gücünün  mənası anlamındadır. 
 
Bitkilərin inkişafı və çiçəklənməsi üçün su, Günəş və qida lazım olduğu kimi, insanlara da Əjdaha ilində ruhun, əqlin və bədənin inkişafı üçün bütün zəruri olanları vermək lazımdır.
 
Yeni, 2024-cü il yeni enerji, yeni ambisiyalar və ideyalar vəd edir və bunlar şəxsi və peşəkar inkişafa kömək edəcək.
 
Çin ənənəsinə görə, Əjdaha ilində tez-tez başqalarına çətinliklərini aradan qaldırmağa kömək etmək lazımdır, bu, həm də sizin özünüzün uğurunuzu gücləndirəcək.
 
Əjdaha ilinin xoşbəxt rəngləri
 
Yaşıl Taxta Əjdaha ilində uğur qazanmaq üçün öz qarderobunuza aşağıdakı rəngləri əlavə etmək lazımdır:
 
Göy və qara rəng axan Su rəmzidir, ona görə də pul sarıdan uğur gətirir.

Ağ, qızılı və gümüşü rənglər Metal rəmzidir və 2024-cü ildə yaradıcı enerjini gücləndirə və problemlərin optimal həllini tapmağa kömək edəcək. Qızılı və gümüşü bəzəklər həmçinin əlverişli rol oynaya bilər. 
 
Qırmızl rəng və onun çalarları olan tünd-qırmızı və çəhrayı rənglər Alov rəmzidir və 2024-cü ildə uğur və nüfuza xeyli təsiri olacaq. Bu rənglərdə paltar, ayaqqabı və aksessuarlar gəzdirmək şöhrət və nüfuz gətirəcək.
 
Yaşıl rəngin bütün çalarları Ağac enerjisi deməkdir və istedadların etiraf edilməsi cə onların qabiliyyətlərinə diqqət yetirilməsinə kömək edir. Zümrüd, nefrit və ya yaşıl rəngli istənilən daş-qaş işlərin uğurlu olmasına kömək edəcək.
 
2024-cü ildə sarı rəng Torpaq rəngidir, müttəfiqləri cəlb edir və işgüzar münasibətlərdə uğuru yüksəldir.
 
Lakin dərhal həddən artıq sarı rəngli paltar geyimək tövsiyə edilmir, ona görə də bu rəngi başqa Su rəngləri olan göy və qara rənglərlə uzlaşdırın ki, qısqanclıq və qeybətlərin qarşısı alınsın. 2024-cü ilin əsas rəngi şaftalı rəngidir.
 
Yeni ili hansı geyimdə qarşılamalı?
 
Yeni il gecəsi geyimlərinin başlıca rəngləri yaşıl, qızılı və gümüşü rənglərdir. Lakin Yeni ili qırmızı, göy, bənövşəyi, qəhvəyi və bej rəngli paltarda qarşılasanız, Əjdaha sizi anlayacaq.
 
Geyimlər parlaq, gözəgəlimli və iri olmalıdır. Əlvan qaşlı üzük və sırğalar, mirvari ipləri, bəzəkli qolbağılar ideal olardı. Amma makiyaj cəlbedici olmamalıdır, sakit tonlar seçmək saha yaxşıdır.
 
Evi necə bəzəməli?
 
Əjdah nağılabənzər varlıqdır, atəşfəşanlığı və şənliyi sevir, evdəki ab-hava buna kömək etməlidir. Evi çələnglər, qırmızı lentlər, fənərlər və şamlarla bəzəmək yaxşı olardı.
 
Əgər yolka bəzəyəcəksinizsə, oyuncaq olaraq əjdaha fiqurları, qozalar və ya, sadəcə, qırmızı və ya qızılı iri şarlar uyğun gələcək.
 
Bayram süfrəsinə nə təqdim etməli?
 
Əjdaha ləzzətli yeməkləri xoşlayır, ona görə də Yeni il gecəsi yemək bol olmalıdır. Bayram süfrəsində yaşıl və narıncı
tərəvəz salatları, ət və balıqan hazırlanan müxtəlif yeməklər, desert olaraq sarı və narıncı rəngli (məsələn, sitrus) meyvələr və əjdaha obrazlı tort uyğun olacaq.
 
Əjdaha ilində nələr arzu edilir?
 
Əjdaha ilində insanlar bir-birinə parlaq və al-əlvan anlar, uğur, arzuların çin olması və yaradıcı layihələrin həyata keçməsi, möhkəm cansağlığı, sevgi və həyatın keşməkeşli məqamlarına sinə gərmək üçün müdrik yanaşma arzulayır.
 
"Qoy Əjdaha sənə qarşı mərhəmətli olsun, qəlbini və ruhunu həyat yolunda xeyirxah məqsədlərinə nail olmaq üçün tükənməz enerji ilə doldursun!" - qoy bu Çin arzusu dünyada hər kəsin nəsibi olsun.

Şərhlər (0)

şərh əlavə et