SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi ilə bağlı qərar verildi - MARTIN 1-inəcən...

SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi ilə bağlı qərar verildi - MARTIN 1-inəcən...
Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.

Şərhlər (0)

şərh əlavə et