Roza Zərgərlinin Polad Bülbüloğlu ilə rəqsi - VİDEO

Roza Zərgərlinin Polad Bülbüloğlu ilə rəqsi - VİDEO
Qazaxıstanda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə dövlətlərinin sənətçilərinin iştirak etdiyi konsert proqramı keçirilib.

KNN.AZ xəbər verir ki, sözügedən musiqili proqam Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən reallaşdırılıb.

Konsertdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, TÜRKSOY-un sədri, Xalq artisti Polad Bülbüloğlu və müğənni Roza Zərgərli də çıxış ediblər.

Zərgərli Bülbüloğlu səhnədə olarkən oyanayaraq ona yaxınlaşıb. Bu zaman hər iki sənətçi rəqs etməyə başlayıb. Onların bu addımı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sözügedən görüntüləri Zərgərli sosial şəbəkə hesabında yayımlayıb.

Həmin videonu təqdim edirik:

Şərhlər (0)

şərh əlavə et