Baba Vanqanın 2022-ci il proqnozu gerçəkləşdi: Uzun illərdir yatan virus... - VİDEO

Baba Vanqanın 2022-ci il proqnozu gerçəkləşdi: Uzun illərdir yatan virus... - VİDEO
Bütün dünyaya öz proqnozları ilə tanınan kor  uzaq görən Baba Vanqanın 2022-ci illə bağlı daha bir iddiası gerçəkləşib. Sibirdə 48500 il əvvəl donmuş virus buzlaqların əriməsi ilə yenidən ortaya çıxdı. Kahin belə bir virusun 2022-ci ildə ortaya çıxacağını irəli sürmüşdü.

Turkustan.az xəbər verir ki, proqnozları ilə dünyaya damğasını vuran Baba Vanqa ardıcıllarının əksəriyyəti tərəfindən 16-cı əsrin Nostradamusun eynisi hesab edilir. 1911-ci il təvəllüdlü bolqar mistik Vangeliya Pandeva Quşterova bu dəfə 2022-ci il proqnozu ilə gündəmdədir.

Əvvəllər bir çox hadisə və inkişafı bilən Baba Vanqa illər əvvəl yeni bir fəlakətin siqnalını vermişdi. Baba Vanqa, Sibirdə ölümcül bir virusun aşkar ediləcəyini proqnozlaşdırdı. Donmuş ərazidə gizlənmiş ölümcül virusun qlobal istiləşmə ilə birlikdə ortaya çıxacağı qeyd edilib. Virusun yayılacağı və tez nəzarətdən çıxacağı da onun proqnozları arasında idi.

48500 İLLİK VİRUS OYANDI

Sibirdə araşdırmalarını sürətləndirən elm adamları Sibirin əbədi buzlaqlarında qorxulu reallıqla qarşılaşıblar. On minlərlə il əvvələ aid bir virus yenidən üzə çıxdı. Sibirdə ortaya çıxan virusun donmuş vəziyyətdə 48 min 500 il yatdıqdan sonra yenidən ortaya çıxdığı qeyd edilib. Mütəxəssislər illər əvvəl virusların yeni pandemiya yaradan təhlükəsinə diqqət çəkib.

İNSANLAR ÜÇÜN TƏHLÜKƏSİ YOXDUR

Fransanın Eks-Marsel Universitetinin virusoloqu Jan-Mişel Klaveri "New Scientist"ə açıqlamasında "48,500 il dünya rekordudur" dedi. Pandoravirus ödemi adlanan virusun pitovirusdan sonra bilinən ikinci ən böyük virus olduğu deyilir. Pandoravirusun uzunluğu bir mikrometr, eni isə 0,5 mikrometrdir. Alimlər bildiriblər ki, hələlik virus bitki və heyvanlara deyil, amöba kimi tanınan təkhüceyrəli orqanizmləri yoluxdura bilir.

Şərhlər (0)

şərh əlavə et