Göydən yağış yerinə soxulcan yağdı: Həmin anları izləyənlər DƏHŞƏTƏ DÜŞDÜLƏR – VİDEO

Göydən yağış yerinə soxulcan yağdı: Həmin anları izləyənlər DƏHŞƏTƏ DÜŞDÜLƏR – VİDEO
Çinin paytaxtı Pekində insanların və avtomobillərin üzərinə qurdlar yağıb. Dəhşətli hadisədən sonra səlahiyyətlilər vətəndaşlara evdən çıxarkən çətirdən istifadə etmələri barədə xəbərdarlıq edib. Görüntüyə baxan bəzi sosial şəbəkə istifadəçiləri də “Apokalipsis gəldi” şərhini yazıb.

KNN.AZ xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda qurdların yağış kimi bütün avtomobilləri və küçələri bürüdüyü görünür. Eyni görüntülərin davamında işə gedən və gündəlik işlərini görən vətəndaşların qurdlardan qorunmaq üçün çətirdən istifadə etdiyi görünür.

Ölkədə nəşr olunan elmi jurnalın təhlilinə görə Çin səlahiyyətliləri vəziyyətlə bağlı hələ bir açıqlama verməsələr də; Qeyd edilib ki, güclü küləyin qurdları qaldıraraq havaya sürükləyib, paytaxt Pekində küləyin sürəti azaldıqda isə qurdlar yağış kimi yerə düşüb.

Bəzi sosial şəbəkə istifadəçiləri də bu hadisəni qiyamət əlaməti kimi qiymətləndirərək “Apokalipsis gəldi” şərhini yazıblar. Eyni şey 2011-ci ildə Şotlandiyanın Edinburq şəhərində də baş vermişdi.

Şərhlər (0)

şərh əlavə et