Bakıda yaşayış binasında yanğın zamanı iki nəfər xəsarət alıb - YENİLƏNİB + VİDEO

Bakıda yaşayış binasında yanğın zamanı iki nəfər xəsarət alıb - YENİLƏNİB + VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb.
“Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov bildirib.
“Hadisə Əlif Hacıyev küçəsi 19 ünvanında, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 11 saylı 2 otaqlı mənzildə baş verib. Otaqların arakəsməsi gipsoletdən olduğundan partlayış zamanı yüngül dağılıb. Həmçinin eyvandakı şüşələr sınıb. Yanğın 13 kvadratmetr ərazini əhatə edib”, - FHN rəsmisi qeyd edib.
“Deyilənə görə, mənzildə kirayənişinlər qalırmış. Hadisə zamanı yaşayış binasında heç bir dağıntı qeydə alınmayıb. Eyvanda deformasiyaya uğramış daşlar zamanı 2 nəfər kəllə-beyin travması alıb. İlkin məlumata görə, onlar 16-17 yaşlı yeniyetmələrdir. Onlara ilkin tibbi yardım göstərilib, xəstəxanaya aparılıb”, - İ.Nəsibov vurğulayıb.
O qeyd edib ki, yanğın saat 23:12-də baş verib: “Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik dəstəsi, həmçinin yanğınsöndürənləri 4 dəqiqə sonra hadisə yerinə cəlb olunub. Yanğın 16 dəqiqə ərzində söndürülüb. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb".
Hadisənin başvermə səbəbi araşdırılır.

Şərhlər (0)

şərh əlavə et