TƏCİLİ! Ukrayna Rusiyanın bu şəhərinə raket zərbələri endirdi: Əhali təxliyə edilir/VİDEO

TƏCİLİ! Ukrayna Rusiyanın bu şəhərinə raket zərbələri endirdi: Əhali təxliyə edilir/VİDEO
Ötən həftə Krım körpüsündə baş verən partlayışdan sonra Rusiya əhalisi qorxuya düşüb.

KNN.AZ-ın xarici mediaya istinadən məlumatına görə, bu hücumlardan sonra ötən gecə Rusiya sərhədində, Belqorod vilayətində partlayış səsləri eşidilib. Bölgədə yaşayan rus xalqı gecəni təlaş içində keçirib.

Vilayət qubernatoru Vyaçeslav Qladkov son vəziyyət haqqında açıqlama verib.

O, gecə saatlarında Ukrayna ordusunun Rusiyanın cənubundakı Belqorod vilayətindəki sursat anbarını hədəfə aldığını bildirib. Hücum anbarda böyük yanğına səbəb olub və sursatlar partlayıb.

Atışmaların yaxınlıqdakı kəndin boşaldılmasına səbəb olduğunu bildirən Qladkov, hadisə yerinə fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarının göndərildiyini bildirib. Qubernatorun paylaşdığı məlumata görə, hücumda ölən və yaralanan olmayıb.

Ukrayna tərəfindən törədilən hücumların görüntüləri sosial mediada gündəm olub. Ərazini qəfil tüstü və kül buludu bürüyüb. Bir-birinin ardınca eşidilən partlayışlar çaxnaşmaya səbəb olub.

Günün erkən saatları ilə şəhərdəki dağıntılar üzə çıxdı. Səlahiyyətlilər bir yaşayış evinə ziyan dəydiyini bildirib. Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Ukraynaya məxsus raket və ya pilotsuz uçuş aparatının qalıqları olduğu ehtimal edilən İHA-nın görüntüləri paylaşılıb.

Ukrayna hələki bu barədə açıqlama verməyib.

Şərhlər (0)

şərh əlavə et