Bakıda yaşayış binası YANIR- VİDEO

Bakıda yaşayış binası YANIR- VİDEO
Bakı şəhərində yaşayış binasında yanğın başlayıb. 

KNN.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xitməti məlumat verib.

Məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər (0)

şərh əlavə et