Hamilə zənn etdikləri qadının qarnından çıxanlar HƏR KƏSİ ŞOKA DÜŞÜRDÜ – VİDEO+FOTOLAR

Hamilə zənn etdikləri qadının qarnından çıxanlar HƏR KƏSİ ŞOKA DÜŞÜRDÜ – VİDEO+FOTOLAR
Çinin Çjuhay şəhərindəki Gongbei limanında qadın protez hamilə qarnında gizlədilmiş 9 iPhone və 200-dən çox prosessoru qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edərkən yaxalanıb. Bildirilib ki, qadının qaçırmağa çalışdığı iPhone və prosessorların təxmini qiyməti 164 min dollar dəyərində ola bilər.

Çinin Gongbei Limanında hamilə qiyafəsində olan qadın şübhəli davranışına görə gömrük əməkdaşları tərəfindən mühasirəyə alınıb. 5 aylıq hamilə olduğunu deyən qadının qarnından asılan lenti görən gömrükçülər məsələnin gerçəyini üzə çıxarıblar.

Qarnına taxılan protez hamilə qarnı ilə Çindən Makaoya iPhone və Intel markalı prosessor keçirməyə cəhd edən qadın gömrük əməkdaşları tərəfindən yaxalanıb. Hamilə paltarı geyinmiş qadının protez qarnının içərisində 200-dən çox prosessor və 9 iPhone tapılıb.

164 min dollar dəyərində qaçaqmalçılıq

Protez hamilə qarının içərisinə gizlədilən 9 iPhone və 202 Intel markalı prosessorun ümumi qiymətinin modellərə görə 37 min ilə 164 min dollar arasında olduğu təxmin edilir. Gömrükçülər tərəfindən yaxalanan qadın qaçaqmalçılıq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Şərhlər (0)

şərh əlavə et