“Qiyamət əlaməti” iddiası: Məkkədə dağlar və düzənliklər... - "Hədisi-Şərif"də deyilir ki... - FOTO

“Qiyamət əlaməti” iddiası: Məkkədə dağlar və düzənliklər... - "Hədisi-Şərif"də deyilir ki... - FOTO
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan güclü yağışdan sonra düzənliklər və dağlar yaşıllaşıb. Ərəbistan yarımadası yaşıllaşana qədər qiyamətin qopmayacağını bildirən "Hədisi-Şərif" sosial şəbəkələrdə gündəmə gəlib.

KNN.AZ xəbər verir ki, şiddətli yağışlar Məkkədə öz təsirini göstərməyə başlayıb.

İslam dünyasının müqəddəs şəhərində bir həftədən çox yağan yağışdan sonra düzənliklər, dağlar yaşıllaşıb.

Yağışlardan sonra Məkkənin quraqlıq dağlarının yaşıllıqlara bürünməsi peyk görüntülərində də əks olunub.
Ərəbistan yarımadası yaşıllaşana qədər qiyamətin qopmayacağı bildirilən "Hədisi-Şərif" bundan sonra sosial şəbəkələrdə gündəmə gəlib.

Əbu Hüreyrənin rəvayət etdiyi hədis budur:

“Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Var-dövlət artıb qapıdan daşmayana qədər qiyamət qopmayacaq. O qədər ki, bir insan malının zəkatını verəcək, amma onu qəbul edən tapılmayacaq.
Ərəb torpaqları çayların axdığı yaşıl hala gəlmədikcə qiyamət qopmayacaq”.
(teleqraf.com)

Şərhlər (0)

şərh əlavə et