Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR

Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Knn.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2023-cü il oktyabrın 2-dək olan dövrü əhatə edib.

Şərhlər (0)

şərh əlavə et