“Koronavirus” adlı virtual foto sərgi hazırlandı – FOTO – VİDEO


“Koronavirus” adlı virtual foto sərgi hazırlandı – FOTO – VİDEO
Bu çətin dönəmdə “Görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi, KİV nümayəndələri də əzmlə çalışaraq əhalini məlumatlandırmağa çalışırlar. Pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların da xüsusi yeri var. Onlar öz sağlamlığını təhlükə altına ataraq karantin günlərində virusun yaratdığı fəsadları foto kameralarının yaddaşına həkk edə biliblər. Çünki, bu gün onların çəkdiyi fotolar, sabah üçün tarix hesab olunacaq.

“Gilavar” Azərbaycan Foto Klubundan  bildiriblər ki, Azərbaycanda foto sənətinin inkişafına töhfə verən “Gilavar” Azərbaycan Foto Klubu bu dəfə də fərqli sosial layihə ilə çıxış edib. Kreativ Azərbaycan portalının başlatdığı “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan foto klub “Koronavirus” adlı virtual foto sərgi hazırlayıb. Virtual sərginin yaradılmasında məqsəd həm insanların evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirməsinə yardımçı olmaq, həmçinin fotoqrafların tarix yazdığı fotoları bir yerə toplamaqdır. Virtual sərgidə 19 fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənir.

Bu keçidlərə daxil olmaqla virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür:

https://www.artsteps.com/view/5e9eb4b841454a0d979dcaab

Şərhlər (0)

şərh əlavə et