SON DƏQİQƏ: Ruslar türk gəmisini vurdu: HƏR AN...

SON DƏQİQƏ: Ruslar türk gəmisini vurdu: HƏR AN...
Rusiya ilə Ukrayna arasında artır 10 aydır davam edən müharibə zamanı Türkiyə bayrağı altında üzən gəmi rus artilleriyası tərəfindən vurulub.

KNN.AZ xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən çoxlu dənizçi və gəmi iki ölkənin liman şəhərlərində qapalı qaldığı halda, onların Türkiyəyə qayıtması uzun bürokratik prosedurlar tələb olunur.

Müharibənin lap əvvəlində Rumıniyaya doğru hərəkət edən "YA SA" Dənizçiliyə məxsus “Yupiter” adlı gəmi atəşə tutularkən, türk gəmilərinin çoxu bölgədən çıxarılıb.

Ukraynanın Dnepr çayının Qara dənizə töküldüyü yerdə, Xerson bölgəsində ekipajsız saxlanılan 12 gəminin yanında olan gəmi-kran başqa yerə çəkilərkən vurulub.

45 metr enində olan “Zaxariy” Dnepr çayının Qara dənizlə birləşdiyi deltanın minalarla bağlandığı üçün Türkiyəyə qayıda bilməyib.

Gəminin türkiyəli sahiblər Rəmzi və Onur Solak deyib ki, Qara dəniz hövzəsində fəaliyyət göstərən ən böyük dəniz kranı olan “Zaxariy”ə dəyən 2 top mərmisi ilə alovlanıb və bir tərəfi yanıb.

1987-ci ildən bəri bölgədə Ukrayna və Rusiya adına dəniz inşaatları etdiyini deyən Rəmzi Solak bildirib ki, Zaxariy kran gəmisi 2021-ci ildə Ukraynanın ən böyük körpü layihəsi olan Zaporeje körpüsünü inşa edib: “Tikinti başa çatanda, biz Xersona getdik və müharibə başladı. Ukraynada limanlar bağlananda biz 12 türk gəmisi ilə Palladada qapalı qaldıq. Oktyabrın 30-da Rusiya silahlı qüvvələri bizim razılığımız olmadan Türkiyə gəmilərinin təhlükəsiz zonada olmasına baxmayaraq 1 km uzaqlığa çəkdilər”.

Solak qeyd edib ki, iyun ayında Dnepr çayı üzərindəki Antonov körpüsü bombalandı və bir rus tankı batırılıb: “Körpüdən düşən çəni götürməyimizi xahiş etdilər. Biz bəyan etmişik ki, müharibənin tərəfi ola bilmərik. Etsəydik, dünyadan embarqo görüb qara siyahıya düşərdik və heç bir yerdən iş tapa bilməzdik. Rusiya əsgərləri güllələnməyimiz üçün bizi təhlükəli əraziyə çəkdilər.

Dekabrın 12-də, saat 15.30 radələrində bizə ancaq atəş açıldı. 2 ton hidravlik yağ yanıb, Zaxariyə ciddi ziyan dəyib. Təhlükəsiz ərazidə olduğu üçün çox heyət saxlamırdıq. Əsas ponton deşilib, hər an bata bilər. Batsa 10-12 milyon dollar zərərimiz olacaq.

Qeyd edək ki, Türkiyə bayrağı ilə üzən “Zaxariy” 800 ton yükgötürmə qabiliyyətinə malikdir. Çaylar üzərində körpü kimi çətin konstruksiyaları yerinə yetirməyə qadir olan üzən gəminin kranı 13,6 metrdən 97 metrə qədər uzana bilir. (teleqraf.com)

Şərhlər (0)

şərh əlavə et