MASSON OYUNU: Cənubi Qafqaz QAYNAR NÖQTƏ, yoxsa HAB olacaq? - TƏHLİL


MASSON OYUNU: Cənubi Qafqaz QAYNAR NÖQTƏ, yoxsa HAB olacaq? - TƏHLİL
Noyabrın 10-11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək.

KNN.AZ xəbər verir ki, sammitdə Macarıstanın Baş naziri Viktor Orban da iştirak edəcək.

Əsas mövzular kimi iqtisadi əməkdaşlıq, siyasi həmrəylik və ortaq dil məsələlərinin müzakirəsi aktualdır. Vacib problem isə Zəngəzur dəhlizidir.

Zəngəzurun “fars-rus çibanı”

Son aylar bu “çiban” danışıqlarda “erməni nazı ilə irinləyib”. Rusiya Ermənistanla separatçı rejim arasında körpü rolunu oynayan Laçın koridorundan istifadə edir. Lakin Zəngəzur dəhlizinin açılması üçün səy göstərmir. Kremlin əsas fəaliyyət istiqaməti qondarma rejimin “müstəqillik” iddiaları ilə Bakıya təzyiq göstərməkdir. İran da “çiban”ın özəyi kimi Qafanda konsulluq açıb, Zəngəzur dəhlizinə mane olmaq fikrindədir. Məqsədləri Azərbaycanın zəfərinə kölgə salmaq, iki il öncə yaratdığı reallıqların gerçəkləşməsini əngəlləməkdir:

– Azərbaycan II Qarabağ müharibəsində zəfər qazandığı halda, Ermənistan kapitulyasiya aktına imza atdığı təqdirdə Bakı təklif yox, tələb edən tərəf olmalı, İrəvan isə naz etməli deyil, sülh üçün yalvarmalıdır.

– Müharibədə məğlub olmuş Ermənistana Qarabağdakı separatçılarla əlaqə yaratmaqları üçün Laçın koridorunu açdığımız halda, ermənilər Zəngəzur dəhlizinə maneə yaradır, proyektin yalnız yol kimi reallaşa biləcəyini bildirirlər.

– II Qarabağ müharibəsindən əvvəl də cinayətkar kimi axtarışa verilən Arayik Arutyunyanı geri qaytardığımız Şuşanın bir addımlığında – Xankəndidə ola-ola həbs edə bilmirik. Separatçılar sülhməramlı mühafizəsindədir.

Bəli, təzadlar çoxdur. Və bu tərs-mütənasibliklər süni yolla yaradılıb. Çünki daha çox Ermənistanın tərəfini tutanlar zəif deyil:

✓ Qərb

✓ Rusiya

✓ İran

Bu təzadları yaradanların məqsədi Azərbaycanda I Qarabağ müharibəsindəki situasiyanı təkrarlamaqdır. O vaxt vəziyyət necə idi? Qarabağda döyüşlər, Bakıda isə vətəndaş müharibəsi, hakimiyyət davası gedirdi.

– Azərbaycan ABŞ-dan gələn təhdidlərin qarşısını almaq üçün sülhün Vaşinqton variantını iqnor etməyib.

– Avropa İttifaqından yönələ biləcək aqressiyaya imkan verməmək üçün enerji memorandumu imzalanıb.

– Rusiya ilə fevralda müttəfiqlik bəyannaməsinin imzalanması da hazırda üzləşdiyimiz Kreml şantajlarını ertələmək, yaxud istənilən təhlükəni elə hədə formasında saxlamaqdır.

– O ki qaldı İrana, ermənipərəst mollalardan Allah da əlini üzüb. Biz isə hələ baş qoşmuruq.

Planetin masson oyunu

Dünyanı idarə edənlər planeti oyun meydançasına çeviriblər:

1. İstədikləri yerdə virus yayırlar.

2. İstənilən ölkəni böhrana bürüyürlər.

3. İstədikləri coğrafiyada meşə yanğınları törədirlər.

4. İstənilən sərhəddə münaqişə ocağı yaradırlar.

5. İstədikləri iri dövləti xırda respublikalara parçalayırlar.

6. İstənilən ölkədə hökuməti dəyişirlər.

7. Bir sözlə, Allahlıq iddiasındadırlar.

Onların Tanrı kimi böyük olmaq sevdası ölkə və birlklərin önünə artırılan “böyük” sözündən də sezilir – Böyük Britaniya, böyük yeddilik, səkkizlik, iyirmilik. Ona görə də xırda güc və kiçik dövlətlərin gözü noyabrın 15-də G-20 sammitinə yönələcək. Sammitin ən maraqlı hissəsi kimi Bayden-Putin görüşü önə çəkilir. Çünki ABŞ və Rusiya liderləri Ukraynanın taleyi ilə bağlı müzakirələr aparacaqlar. Bizə isə ən çox öz yaşadığımız regionun taleyi maraqlı olduğu üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Putinin görüşünə köklənəcəyik.

• Türkiyə sanksiyalı Rusiya üçün taxıl koridoru açıb, qaz dəhlizi ilə bağlı da razılıq əldə olunub. Buna görə də Putindən türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını tələb edə və ya şərt kimi irəli sürə bilər.

O ki qaldı İranın Zəngəzur maneçiliyinə, fars rejimi Ankaradan asılıdır. Çünki Çin ilə İran arasında imzalanan 400 milyard (25 illik) dollarlıq razılaşma özündə Pekinin “Bir yol, bir kəmər” layihəsinin cənub xəttini də əks etdirir. İran isə Çin mallarını Fars körfəzi-Suveyş kanalı, İraq, Suriya xətti ilə Avropaya ötürə bilmədiyi üçün ümidləri Türkiyəyə qalacaq. Ankara da dominant tərəf kimi Tehranı Zəngəzur şərti ilə razılaşmağa məcbur edə bilər. “İran-Ermənistan-Gürcüstan variantı da var”, – deyə ağız əyənlərin nəzərinə:

Azərbaycan və Gürcüstan Çinin sözügedən layihəsinin orta xəttinə aiddir. Eyni zamanda, rəsmi Tbilisinin 3+3 əməkdaşlığından imtina səbəbi həmin formatda Rusiya və İranın olmasıdır. Onlar 2+2 – Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycanın birgə əməkdaşlığını təklif ediblər. Hər halda son imzalanan beynəlxalq sənədlər və yatırılan investisiyalardan anlamaq olur ki, Cənubi Qafqaz qaynar nöqtə yox, iqtisadi haba çevriləcək.

Sonda qeyd edim ki, Türk Dövlətləri Təşkilatı, Turan ordusu kimi ideyaların inkişafı MDB ilə KTMT-ni dünya idarəçilərinin gözündən salacaq. Ruslar da yalnız “çistuşka” sifarişində yada düşəcəklər.   /konkret.az

Şərhlər (0)

şərh əlavə et