Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ

Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Bu gün zəif səviyyəli geomaqnit qasırğasının olması gözlənilir.

Bu barədə Sfera-ya Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, sabah aktivlik artacaq.

“Geomaqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də isə yenidən G1 (zəif) səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. Həmçinin, dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsi aktiv səviyyələrdə olacaq. 5 dekabrda isə yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir”, - rəsədxanadan bildirilib.

Şərhlər (0)

şərh əlavə et