Ruhəngiz Qasımovanın ölüm səbəbi AÇIQLANDI

Ruhəngiz Qasımovanın ölüm səbəbi AÇIQLANDI
"Çərşənbə günü Bakıda olmağı planlaşdırmışıq".

KNN.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında mərhum bəstəkar, Əməkdar İncəsənət Xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib.

Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib: “Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşdiriləcək”.

Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb: “On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”.

Şərhlər (0)

şərh əlavə et