"Çəkildim dar ağacına"- Paşa Talıblıdan ŞEİRLƏR

"Çəkildim dar ağacına"- Paşa Talıblıdan ŞEİRLƏR
Tifil...

Elə oynamadın qolun inciyə,
sən elə getmədin yolun inciyə,
elə tərpətmədin dilin inciyə,
elə danışmadın yanılasan da...

Elə dillənənin sözünü kəsdin...
Bir başın yarımçıq ağlısan elə!
Elə boş-boşuna danışmağın var...
Boş-boş danışmağın oğlusan elə!

Bircə danışmağın adamısan sən!
...qabında nə varsa dolanıb çıxar.
Sən elə danışdın heç yanılmadın;
elə danışmadın yalanın çıxa!


Dilsizlik cəlladı...

Bu bilmədiyim də neçənci dildi,
neçəncidi?...saydım bir-bir bəzən mən!
...gözü üzümdədi dilsiz daşın da!..
İlahi, nə qədər dilbilməzəm mən!

Əlli yaş nədi ki- yüzün yarısı...
Əllinin ili az, yüzün ili çox!
Bu şeri nə dildə yazım ki, qalsın...
Mənim sözüm yoxdu, sözün dili çox!

...tövbə qapıları-könül qapısı!
Bir dil qapısı da yoxdu, döyəsən.
...İlahi, gör necə dilbilməzəm mən!
Məni bu dilsizlik yıxdı, deyəsən.


Sözə döndüyüm gecə...

Eh...bu gecə də şer yaza bilmədim...
...qərib tək- çayı- buz, şiləsi-ağı!
...ağ kağız ağarır ağ sinə kimi,
qələmin ucundan şirəsi axır.

...qollarım boşaldı eh, ürəyim yox,
yenə dolu qaldı ağzına kimi.
...qələmim hönkürür yazı masamda,
ağ kağız qabarır ağ sinə kimi.

...gecənin ovcunda duyğu daşları,
səhər- açılmayan sirli düymədi.
Eh...bu gecə də şer yaza bilmədim,
hayıf, ağ "sinə"yə əlim dəymədi.


...və bu gecədəki mən

...üzü yenə sopsoyuqdu,
boz buludu yalsız atdı.
...Ayı yox, ulduzu yoxdu,
göy üzü belə rahatdı.

...başımda bir dəli sevda,
ovcumun içində hirsim.
...masamın üstündə şer,
altında qatlanmış dizim.

...tənhalığım və təkliyim-
könlümdən Yaradan keçir!
Göy üzü belə rahatdı...
...gecə də yarıdan keçir!


*
Köhnə asılqandı dar ağacları,
şahın fərmanları asılır hər gün.
...tökür nallarını nallı çiçəklər,
üzəngi çiçəklər basılır hər gün.

...qalxan çiçəklərin boyları qalxmır!
Havamı? Hava da çiçək havası...
...çörək adamları döyüşdən gəlir,
gedir küçələrdə çörək davası.

...sərkərdə çiçəklər əli yalındı,
tarix döngəsində düşüb tacları.
...döyüş günündədi çiçək adamlar,
hər gün çiçəkləyir dar ağacları.


*
Bir ulduzun yaxasından
əlimi üzüb gəlmişəm.
...azmasam hara gedərdim,
mən hara azıb gəlmişəm?

Nə yerdi...yeriyir hamı,
bar gəlmir hər ağacına!
...bir pünhan küncə çəkildim-
çəkildim dar ağacına.

Kimsə də yox bir soruşum
yaddan çıxmışam, ya da yox?
...bircə onu bilirəm ki,
mən burdayam, dünyada yox.


*
(40 yaşımın şeri)

...sərkərdə yazılar tutub alnımı,
savaş yazılara alnım basılıb.
...sazın sinəsidi alnım elə bil,
varağdı-varsağı şer yazılıb.

Qırx il yazı yazıb alnımda Tanrı,
alnımı qırx ilə yazıb doldurub.
Alnıma düz qırx il yaşamaq yazıb,
qırx ili alnıma yazıb...qaldırıb!

Qırx il elə vaxtdı- nə yaşa nə öl,
qırx il elə yerdi-nə dayan nə keç!
...İlahi, mən necə qırx il yaşadım,
eh, adam da qırx il yaşayarmı heç? 

Alnım da əlyazma nüsxəsi kimi...
Görən ömür hansı gündən yaz olub?
Oxuya bilmirəm alın yazımı...
Deyirlər, ömürdən-gündən yazılıb.


*
Gəl, səni tərif eləyim
tərif üçün ölən dünya!
..."səksən dəfə boşalıb da
səksən dəfə dolan dünya".

...Süleymandan qalan dünya,
vəhyin tarixi tapıldı.
...keçdi külçə karvanların,
bədöy dayların çapıldı.

...babama qalmayan dünya,
hər kəsin bir olur dostu.
Ay mənim yox, onun da yox-
padşahın, fironun dostu.

Gəl, səni tərif eləyim,
adımı tərifçi çağır.
...sən qanadan yaraların
qanı köynəyimə çıxır.

Tifil...

Elə oynamadın qolun inciyə,
sən elə getmədin yolun inciyə,
elə tərpətmədin dilin inciyə,
elə danışmadın yanılasan da...

Elə dillənənin sözünü kəsdin...
Bir başın yarımçıq ağlısan elə!
Elə boş-boşuna danışmağın var...
Boş-boş danışmağın oğlusan elə!

Bircə danışmağın adamısan sən!
...qabında nə varsa dolanıb çıxar.
Sən elə danışdın heç yanılmadın;
elə danışmadın yalanın çıxa!


Dilsizlik cəlladı...

Bu bilmədiyim də neçənci dildi,
neçəncidi?...saydım bir-bir bəzən mən!
...gözü üzümdədi dilsiz daşın da!..
İlahi, nə qədər dilbilməzəm mən!

Əlli yaş nədi ki- yüzün yarısı...
Əllinin ili az, yüzün ili çox!
Bu şeri nə dildə yazım ki, qalsın...
Mənim sözüm yoxdu, sözün dili çox!

...tövbə qapıları-könül qapısı!
Bir dil qapısı da yoxdu, döyəsən.
...İlahi, gör necə dilbilməzəm mən!
Məni bu dilsizlik yıxdı, deyəsən.


Sözə döndüyüm gecə...

Eh...bu gecə də şer yaza bilmədim...
...qərib tək- çayı- buz, şiləsi-ağı!
...ağ kağız ağarır ağ sinə kimi,
qələmin ucundan şirəsi axır.

...qollarım boşaldı eh, ürəyim yox,
yenə dolu qaldı ağzına kimi.
...qələmim hönkürür yazı masamda,
ağ kağız qabarır ağ sinə kimi.

...gecənin ovcunda duyğu daşları,
səhər- açılmayan sirli düymədi.
Eh...bu gecə də şer yaza bilmədim,
hayıf, ağ "sinə"yə əlim dəymədi.


...və bu gecədəki mən

...üzü yenə sopsoyuqdu,
boz buludu yalsız atdı.
...Ayı yox, ulduzu yoxdu,
göy üzü belə rahatdı.

...başımda bir dəli sevda,
ovcumun içində hirsim.
...masamın üstündə şer,
altında qatlanmış dizim.

...tənhalığım və təkliyim-
könlümdən Yaradan keçir!
Göy üzü belə rahatdı...
...gecə də yarıdan keçir!

Paşa Talıblı 

Şərhlər (0)

şərh əlavə et