İran ordusu Azərbaycanla sərhəddə itki verdi: 1 hərbi texnika və 2 hərbiçi…

İran ordusu Azərbaycanla sərhəddə itki verdi: 1 hərbi texnika və 2 hərbiçi…
İran ordusu Azərbaycanla sərhəddə itki verib.

KNN.AZ xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı status yazıb.

O bildirib: “Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən İran itki verib: artilleriya quruğusunu Araz qırağına daşıyan yük maşını qəza törədib, nəticədə 2 nəfər ölüb;

Ötən ilin elə oktyabr ayında sərhədlərimizdə təlimlər keçirən İran ordusunun yanlışlıqla öz hərbi texnikalarını vurduğu, 3 nəfərin öldüyü xəbərləri yayılmışdı.

Ümumiyyətlə İran hərbi təlimlər zamanı belə yanlışları ilə məşhurdur. 2020-ci ildə hərbi gəmilərini yanlışlıqla vurmaları nəticəsində 19 hərbçi ölmüşdü. Bu təlimlərdə də öz texnikasını, yaxud hərbçilərini vursa təəccüblü olmaz.”

Şərhlər (0)

şərh əlavə et