İran müharibə elanı anlamına gələn qırmızı bayraq qaldırdı – “48 saatdan sonra...”

İran müharibə elanı anlamına gələn qırmızı bayraq qaldırdı – “48 saatdan sonra...”
İran hakimiyyəti Qum şəhərində şiə müsəlmanları üçün müqəddəs sayılan Cəmqəran məscidinin günbəzi üzərində qırmızı bayraq qaldırıb.

KNN.AZ İran mediasına istinadən bildirir ki, bu, İranda müharibə elan etmək anlamına gəlir və qisas almaq üçün xəbərdarlıq əlaməti hesab olunur.

İranın "FarsNews" dövlət agentliyinin məlumatına görə, qırmızı bayraq Səudiyyə Ərəbistanının İranın ehtimal edilən hücumundan narahatlıq keçirməsinə cavab olaraq qaldırılıb.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ABŞ-la İranın 48 saat ərzində bu ölkəyə hücum etməyi planlaşdırdığına dair kəşfiyyat məlumatlarını paylaşıb.

Rəsmi Tehran isə hazırda İranı ağuşuna alan etiraz aksiyalarının təşkilinə görə Səudiyyə Ərəbistanını və İraqı günahlandırıb.
Qeyd edək ki, qırmızı bayraq ilk dəfə Qasim Süleymaninin ölümündən sonra ABŞ-ın İrana qarşı “müharibə elanına cavab” olaraq qaldırılmışdı.

Şərhlər (0)

şərh əlavə et