İran "şah damarını" kəsməyə yaxındır - Molla rejiminin nəfəsliyi tıxanır: İrəvan isə...

İran "şah damarını" kəsməyə yaxındır - Molla rejiminin nəfəsliyi tıxanır: İrəvan isə...
İran odla oynayır! Səudiyyə Ərəbistanının ABŞ-a çatdırdığı kəşfiyyat məlumatına görə İran yaxın saatlar ərzində müharibəyə başlaya bilər.

Əslində bu iki ölkə arasında gərginlik hamıya məlumdur. Bu iki fərqli məzhəbləri təmsil edən dini rejim arasında antoqonizm (əks qüvvələrin mübarizəsi, dini sistemlərdə xeyir və şərin mübarizəsi kimi şərh edilən termin) var. 

İndiki məqamda İranla Səudiyyə Ərəbistanı arasında müharibə başlanılacağı ilə bağlı iddiaların özünü doğruldacağı ehtimalı çox azdır. Xüsusən də İsraildə Yaxın Şərq regionu başda olmaqla, bir sıra regionlara təsir göstərəcək son 4 ilin 5-ci parlament seçkilərinin nəticəsi belə deməyə əsas verir.

Netanyahunun koalisiyası qalib ayrıldı ki, biz bu qrupda yer alan şəxslərin daha da ultra sağ milliyətçi, olduğunu və Netanyahunun iranla köhnə haqq-hesabının qaldığını nəzərə alsaq, düşünmək olar ki, İsrail İrana və yaxud da İranın müttəfiqlərinə qarşı daha sərt mübarizə aparacaq. 

Şübhə edilmir ki, Netanyahu İsraildə hökuməti qurar-qurmaz İrana qarşı mübarizəni sərtləşdirəcək. Böyük ehtimalla bu, İran sevgisi izah olunmaz qədər böyük olan ABŞ Demokratlar partiyasının xoşuna gəlməyəcək. Amma biz Vaşinqtonla Tehran arasındakı son söz atışmalarını, təhqirə kimi gedib çıxdıqlarını nəzərə alsaq vəziyyət iran üçün xoşagəlməz sonluğa doğru gedə bilər. 

Bunu Tehranda deyəsən hələ də yaxşı anlamırlar. Bir yandan Baydenin İrana son mesajı ("Biz Terhranı azad edəcəyik"), cavabında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ABŞ Prezidentini "ikiüzlü və terrorçu"luqda ittiham etməsi fonunda ABŞ-la gərginləşən münasibətləri də nəzərə alsaq, o zaman molla rejimi belə tez təslim olmamaq üçün müharibə qərarı verməkdə ehtiyat edəcəyi istisna deyil. Heç cürə uzlaşmayan son Ağ Ev-Tehran dialoqu İsrail və ABŞ-ın İran məsələsində ortaq məxrəcə gələ biləcəyi imkanlarını artırır.
Ətraflı

Təbii ki, bütün bu məsələlər öz yerində, xüsusən də İranın Azərbaycana qarşı açdığı cəbhədən alacağı ziyanın miqyası daha böyük ölçüdə ola bilər. Araz vadisi boyunca SEPAH-ın Azərbaycana güc nümayişi, diş qıcaması artıq Bakının adekvat tədbiri ilə nəticələnib. İki gündür cənub sərhəddimiz boyunca Xüsusi Təyinatlı Qüvvələrimizin davam edən hərbi taktiki təlimləri buna ən layiqli cavabdır. Azərbaycan nümayiş etdirir ki, sənin heç bir hərbi müdaxilən, təzyiqin cavabsız qalmayacaq, əksinə daha effektiv qarşılıq görə bilərsən.

Amma molla rejiminin əsl mahiyyəti bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı əməliyyatlar zamanı ortaya çıxdı. İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin fəliyyəti və hərbi təlimlərə cəlb edilmiş şəxslərdən birinin İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılması kimi faktlar Tehran rejiminin ermənidən çox ermənipərəst olduğunu, bütün bu məkirli planların dövlət səviyyəsində sifariş edildiyini çılpaqlığı ilə aşkara çıxardı. 

Bununla da Tehrandakı mövcud  rejim Azərbaycanın bütün xoşniyyətinə rəğmən təhdid ritorikasından əl çəkmək fikrində olmadığını nümayiş etdirsə də, molla dövləti bilməlidir və qulağında sırqa etməlidir ki, Azərbaycan İranın təhdidləri qarşısında öz maraqları və strateji xəttindən geri çəkilməyəcək. Bunu adekvat cavab əməliyyatı olaraq Araz vadisi boyunca xüsusi təyinatlıların davam etməkdə olan hərbi təlimləri də təsdiq edir.

Tehranın Azərbaycana savaş gedişi İranın şah damarının kəsilməsi demək olacaq. Orada yaşayan 30 milyon soydaşımızın bu addıma səssiz qalmayacağı İranın artıq hər məhəlləsində mövcud rejimə qarşı artan etirazlardakı səsləndirilən şüarlardan da gün kimi aydındır. Bəs görəsən, indi İranın Ermənistanı 10 noyabr üçtərəfli bəyanatı, Brüssel razılaşmaları ilə üzərinə götürdüyü öhdəlikləri pozmağa meyilləndirən addımları, qərarları, davranışları kimi rəsmi İrəvan da sona kimi İranın yanında yer alıb, ona dəstəyini açıq və net ifadə edə biləcək cəsarəti özündə tapacaq? 

Heç inandırıcı deyil. Ermənistan hakimiyyətinin ikitirəliyi artıq bütün dünyaya bəllidir. İstənilən halda proseslər həm İrəvanın, həm də Tehranın daha da dalana qısnanmasına doğru gedir. Bu hər iki dövlətin tarixi müttəfiqi Rusiya isə o durumda deyil ki, Ermənistan və İrana dəstək verəcək addım atsın. Nəzərə alsaq ki, bu gün Rusiyanın Ukrayna cəbhəsində ayaqda qala bilmək üçün taqəti hər ötən gün tükənir, o zaman belə bir vəziyyətdə Moskva Bakı və Ankara ilə münasibətlərə xələl gətirəcək, diplomatik əlaqələri korlayacaq qərarlar verməyin ona hansı itkilər hesabına başa gələcəyini də hesablamamış deyil.

Bu isə molla rejiminin nəfəsliyinin tıxanması, Ermənistanın ortalıqda qalması, özünə yenə sahib(lər) axtarmasına səbəb ola bilər. Amma olmaya da bilər! Çünki Ermənistan əgər İranın ona ötürməyə razılaşdığı ballistik raket və kamikadze dronları ilə Azərbaycana qarşı növbəti təxribatları ağlından keçirərsə, belə bir dövlətin gələcəkdə coğrafiyamızda mövcud olacağına heç kim zəmanət verə bilməz.

Şərhlər (0)

şərh əlavə et