Zəfər TƏXRİBATI hazırlanır - Moskva və Tehranın Şuşa HƏDƏFİ

Zəfər TƏXRİBATI hazırlanır - Moskva və Tehranın Şuşa HƏDƏFİ
“Fars, rus, erməni Azərbaycan düşməni”.
KNN.AZ xatırlatma verir ki, bu şüarı cənubi azərbaycanlılar 44 günlük savaş ərzində İrandakı aksiyalarda səsləndiriblər.
Allahsızlar üçbucağı
Cənubi Qafqaz dairəsindəki bu təhlükəli üçbucaq, yəni fars, rus və ermənilərin iş birliyi XX əsrdən – 1921-ci ildən formalaşmağa başlayıb:
✓ SSRİ-nin Azərbaycana qarşı işğal və repressiyaları
✓ Ermənistan SSR-in Azərbaycan əraziləri ilə genişləndirilməsi
✓ İranda farsların azərbaycanlı Qacarlar sülaləsinin yerinə taxta gətirilməsi
Azərbaycan bütün bunlara baxmayaraq, II Qarabağ müharibəsində əldə olunan Haqq zəfəri ilə “Allahsızlar üçbucağı”nın qır qazanını qaynatdı. Buna görə də Azərbaycanın Zəfər paradları Rusiya, İran və Ermənistanı qıcıqlandırır. Onlara elə gəlir ki, Azərbaycan Ordusu həmin yürüşdə bunların (fars, rus, erməni) şəxsiyyətinin üstündə addımlayır. Amma şəxsiyyət vəsiqəsinin olması şəxsiyyətin mövcudluğu demək deyil. Odur ki, şəxsiyyətsizlərdən hər təxribatı gözləməyə dəyər. Son hadisələr isə barıt qoxuludur:
1. Ermənilər Kəlbəcəri atəşə tutub.
2. Rusiya separatçıları silahlandırır.
Birincisi, İrəvan hökuməti son atəşkəs pozma hallarını sentyabr olayları ilə əlaqələndirir. Belə ki, həmin vaxt erməni təxribatının qarşısını alan Azərbaycan Ordusunun yeni mövqelərə nəzarət etdiyi və nisbətən irəlilədiyi deyilir. Paşinyangil isə Azərbaycandan daha əvvəlki pozisiyalara qayıtmağı tələb edir. Absurddur. Çünki Azərbaycanın öz əraziləri çərçivəsində hərbi əməliyyat aparması hamıya bəllidir. Bunu İrəvanın Bakı ilə razılaşdırılmadan sərhədə dəvət etdiyi ATƏT-in qanunsuz müşahidəçi missiyası da, Ermənistanı qoruyan rus sərhədçiləri də görüşməsi də sübut edir. Yəni Azərbaycan beynəlxalq aləmdə tanınan sərhədləri çərçivəsində mövqe möhkəmləndirir.
• O Ermənistandır ki, separatçı rejim vasitəsilə Azərbaycanın içində mina basdırır, post qurur.
İkincisi, Rusiya Xəzər dənizi marşrutu ilə İran, oradan da Ermənistana silah daşıyır. Sözügedən sursat humanitar yardım adı ilə Laçın dəhlizindən Xankəndidəki “Arsax ordusu”na ötürülür. Sülhməramlıların ilk vəzifəsi separatçıların tərkisilahı, yoxsa silahlandırılmasıdır? Sənəddə tərkisilah qeyd olunub, sərhəddə isə silahlandırma qeydə alınıb. Bəli, doğrudan da Rusiyada Putinin imzasına Paşinyanın imzası qədər hörmətsiz yanaşanlar var. Belə halların tez-tez baş verməsi elə Putinin də öz imzasına hörmət edib-etmədiyi sualını doğurur.
Şuşa təxribatı
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın qürurlu, sevincli günləri “Allahsızlar üçbucağı”nın boğazından keçmir. Çünki “Allahsızlar üçbucağı”nın iştirakçıları şərəf və ləyaqət üçəmləridirlər. Yəni onların hamısı bir-birinin tayıdır. Bunu düzbucaqlı üçbucaq haqqında Pifaqor teoremi də təsdiqləyir: katetlərin kvadratı hipotenuzun kvadratına bərabərdir.
Üçbucağın təxribat kvadraturası isə Cənubi Qafqaz boydadır. Amma bütün məkirləri Şuşa paradına tuşlanıb. Təxribat planı:
– İran-Azərbaycan sərhədində hansısa insidentin (narkotacirlərlə silahlı toqquşma da ola bilər) yaşanması ki, Azərbaycan güc strukturlarının diqqətini bir yerdə cəmləmək niyyəti baş tutsun.
– İranın Qafan konsulluğunun təhlükə altında olması bəhanəsilə Zəngilan-Qubadlı sərhədinə qoşun (Moskva və İrəvanla razılaşdırıb) yeritməsi də diqqət yayındıran manevrlərdən ola bilər.
– Rus sülhməramlılar Şuşada terror törətmək üçün separatçılara rahat gediş-gəliş şəraiti yaradacaq.
– Azərbaycana təzyiq vasitəsi kimi hansısa sülhməramlının ölüm, yaxud yaralanması da planlaşdırıla bilər.
Belə özbaşınalıqlar isə Azərbaycanın antiterror əməliyyatı keçirməsi ilə nəticələnəcək ki, Kremlin öz istədiyinə hüquqi don geyindirməyi asanlaşacaq: “sülhməramlıların sayı və xidmət müddəti artırılmalıdır ki, Qarabağda ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verməsin”. Halbuki bu təxribatların arxasında kimlərin dayandığı hamıya bəllidir. Yəni türklərin “yemezler” zarafatı ilə desək, Krem ilə Tehran minarələrinin hiyləsi keçməyəcək.
“Sən saydığını say, gör fələk nə sayır”.
– Bu misalla fələk regionda yeni reallıqlar yaradan Azərbaycandır. Ermənicə saymaq istəyən “sən” isə Rusiya, İran və Ermənistandır.
– Ağdamdakı Birgə Monitorinq Mərkəzində türk zabitlər də var. Bu isə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı fonunda Qarabağda bütün baş verənlərdən Bakının da xəbərdar olması deməkdir.
– Zəfər gününə hazırlıq yüksək səviyyədə gedir. Təsdiq kimi dünən səfərdə olduğum şimal regionlarımızın Azərbaycan bayrağı və şəhid rəsimlərinə bürünməsini göstərə bilərəm.
– Onsuz da Xankəndi erməniləri Şuşadakı azan səsi ilə oyanır. Sabah isə himn və istiqlal marşımız onların qanına işləyəcək. Arayik tayfasının baykot və “referendum” mitinqləri bir işə yaramayacaq.
– Azərbaycan ərazisində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Yoxsa Prezident İlham Əliyev hər çıxışında erməni və havadarlarına “Dəmir Yumruq” xəbərdarlığı etməzdi.
– Əsas odur ki, bütün hadisələr Azərbaycan bayrağının kölgəsində gedir. Və burada nə Leninin SSRİ, nə də Xomeyninin “Vilayəti-Fəqih” bayraqları dalğalanır.

Şərhlər (0)

şərh əlavə et