Türk ulduz "Bavariya"nın hədəfində!

Türk ulduz "Bavariya"nın hədəfində!
Almaniya nəhəngi "Bavariya" "Fənərbağça"nın gənc ulduzu Arda Gülər üçün hərəkətə keçib.
KNN.AZ "Takvim"ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 17 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Klub nümayəndələri sabah saat 21:00-da "Ankaragücü" ilə liqa matçında türkiyəli oyunçunu izləyəcəklər. 
Gülər İngiltərə, İspaniya, İtaliya klublarının da maraq dairəsindədir.
Qeyd edək ki, Arda Gülərin "sarı-lacivərtlər"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.

Şərhlər (0)

şərh əlavə et