"Qalatasaray"da baş məşqçi vəzifəsinə əsas namizəd bəlli oldu

"Qalatasaray"da baş məşqçi vəzifəsinə əsas namizəd bəlli oldu
"Qalatasaray" baş məşqçisi Okan Burukla yollarını ayıra bilər.

KNN.AZ xəbər verir ki, bu yay səs-küylü transferlər gerçəkləşdirən komanda hazırda turnir cədvəlində 18 xalla 8-ci pillədədir. "Qalatasaray" Okan Burukla vidalaşacağı halda komandanın başına "Fənərbağça"nın çalışdırıcısı Jorje Jesusla mübarizə apara biləcək bir baş məşqçi gətirmək istəyir. 

Klub rəhbərliyi ötən mövsüm "Lids Yunayted"dən ayrılan Marselo Bielsanı komandanın sükanı arxasına gətirməyi planlaşdırır. 

Şərhlər (0)

şərh əlavə et