İstanbuldakı partlayışın sifarişçisi İrandır? - ŞOK DETALLAR

İstanbuldakı partlayışın sifarişçisi İrandır? - ŞOK DETALLAR
"Ötən gün İstanbulda baş verən partlayış mediada səsləndirilən fikirlərə əsasən bir terror aktıdır. Hazırda baş verən bu qanlı hadisəyə münasibət PKK terror təşkilatı üzərindən sərgilənir. İndi Türkiyədə HDP ilə hökumət mənsublarının görüşləri başlayıb. Belə bir nöqtədə mövcud hökuməti "dalana dirəmək", bu və ya digər formada "xəbərdarlıq" etmək üçün qaranlıq tərəflər belə bir qanlı terakta əl ata bilərlər".

Bunu Publika az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Hasan Oktay ötən gün İstanbulda baş verən, 6 nəfərin ölümü, 53 nəfərin yaralanması ilə nəticələnən qanlı faciəyə münasibət bildirərkən deyib.

QAFSAM sədri partlayışlarda "İran barmağı"nın olmasını istisna etməyib: "Eyni zamanda, bütün bunlarla yanaşı, İranda meydana gələn və hələ də davam edən qarışıqlıq amilini də unutmaq olmaz. Bunları göz önünə gətirəndə İranın PKK terror təşkilatı üzərindəki təsir və təzyiqini də nəzərə almalıyıq. Yəni bu təsir nəticəsində İranın sifarişi ilə belə bir addım atıla, Türkiyəyə mesaj vermiş ola bilərlər. Bu partlayış elə bir hadisədir ki, bu kimi xeyli sayda versiyaları ağlımızdan keçirə bilərik, amma ağıla gələn ilk versiyalar bunlardır".

Şərhlər (0)

şərh əlavə et