"Real Madrid" daha bir türk üçün hərəkətə keçdi - FOTO

"Real Madrid" daha bir türk üçün hərəkətə keçdi - FOTO
"Real" heyətinə yeni qapıçı qata bilər.

Knn.az xəbər verir ki, "kral klubu" "Trabzonspor"da çıxış edən türkiyəli qolkiper Onuralp Çevikkanla yaxından maraqlanır. Madrid təmsilçisi 18 yaşlı futbolçunu izləmək üçün öz skautlarını Trabzona yollayıb.

Qeyd edək ki, məşhur "Transfermarkt" platforması futbolçunu 700 min avro dəyərində qiymətləndirir.

Şərhlər (0)

şərh əlavə et